logo
logo logo
logo

“Binance”da hesabı olanlara pis xəbər - 6,36 milyard dollar oğurlandı

22:33 - 30 Oktyabr 2026

“Binance”da hesabı olanlara pis xəbər - 6,36 milyard dollar oğurlandı

Şimali Koreya ilə əlaqəli hakerlər dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”-a hücum edərək 6,36 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə tarixdə ən böyük kriptovalyuta oğurluğu hesab olunur.

Məlumata görə, hücumun arxasında daha əvvəl “Bybit” birjasından 1,5 milyard dollar oğurlamaqda adı hallanan “TraderTraitor” haker qrupu dayanır.

Hücumdan sonra “Tether”, “Circle” və “Ripple” şirkətləri 2,7 milyard dollar dəyərində aktivləri dondurub. “Binance” isə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və istifadəçilərin itkilərinin qarşılanacağını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az