logo
logo logo
logo

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

19:11 - 30 Oktyabr 2026

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Dünya əmtəə birjalarında qiymətli metalların qiymətində kəskin geriləmə qeydə alınıb.


Manset az Musavat.com-a istinadən xəbər verir ki, "Comex" birjasında 2026-cı ilin dekabr çatdırılması üzrə qızıl fyuçerslərinin dəyəri 2025-ci ilin noyabrından bəri ilk dəfə 1 troy unsiyası üçün 3 950 dollar psixoloji həddindən aşağı düşüb.

Qısamüddətli əməliyyatlarda qızılın qiyməti 2,06 faiz ucuzlaşaraq 3 948,3 dollara enib.

Eyni zamanda analoji ucuzlaşma dalğası gümüş bazarından da yan keçməyib.

Birja göstəricilərinə əsasən, gümüşün qiyməti dərhal 4,98 faiz kəskin dəyər itirərək 1 troy unsiyası üçün 49,77 dollar səviyyəsinə qədər geriləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az