logo
logo logo
logo

XIV Leo ABŞ-də keçirilən seçkilərdə səs verən ilk Roma Papası oldu

18:48 - 30 Oktyabr 2026

XIV Leo ABŞ-də keçirilən seçkilərdə səs verən ilk Roma Papası oldu

Roma Papası XIV Leo ABŞ-də keçirilən aralıq seçkilərində poçt vasitəsilə səs verərək ABŞ seçkilərində iştirak edən ilk pontifik olub.


Manset az "Report"-a istinadən xəbər verir ki, bu barədə CNN Vatikanın bəyanatına istinadən məlumat yayıb.

"Müqəddəs Ata vətəndaşların demokratik proseslərdə iştirakının onların hüquq və vəzifəsi olduğuna əmindir", - bəyanatda deyilir.

Çikaqoda doğulan və ABŞ vətəndaşlığını qoruyub saxlayan XIV Leo, qardaşı Conun yaşadığı Nyu-Lenoksda seçici kimi qeydiyyatdan keçib. Son illərdə o, həm Respublikaçılar, həm də Demokratlar partiyasının praymerizlərində iştirak edib, həmçinin 2024-cü il prezident seçkilərində səs verib.

Papalıq haqqında bir neçə kitabın müəllifi olan britaniyalı tarixçi Maykl Uolş CNN-ə bildirib ki, o, papaların əvvəllər demokratik dünyəvi seçkilərdə iştirak etməsi barədə məlumatlı deyil. 2025-ci ilin mayında pontifik seçildikdən sonra XIV Leo vətəndaş fəallığına, o cümlədən ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə bağlı mövqe bildirməyə çağırıb. CNN-in məlumatına görə, müharibə və miqrantlara qarşı sərt tədbirlər onunla ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında fikir ayrılıqlarının yaranmasına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az