logo
logo logo
logo

Türkanda yolları zibil basdı - İcra hakimiyyəti tədbir görmür

15:29 - 29 Oktyabr 2026

Türkanda yolları zibil basdı - İcra hakimiyyəti tədbir görmür

Türkan qəsəbəsinin “Bağ məscid” adlanan ərazisində zibil konteynerlərinin ətrafında yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.


Manset.az-a müraciət edən sakinlərin sözlərinə görə, məişət tullantılarının toplandığı ərazidə yaranan vəziyyət uzun müddətdir davam edir. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həllini tapmadığını bildirirlər.

Sakinlər qeyd edirlər ki, zibil konteynerlərinin ətrafında tullantıların yığılması ərazinin çirklənməsinə, xoşagəlməz mənzərənin yaranmasına səbəb olur. Bu vəziyyət həm ərazidə yaşayanların gündəlik həyatına mənfi təsir göstərir, həm də ətraf mühit və sanitariya baxımından narahatlıq doğurur.


Manşet.az




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az