logo
logo logo
logo

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu 

15:50 - 29 Oktyabr 2026

\"Zapı\" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu 

Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfindən saxlanılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, onun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı müəyyən edilib.

M.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 15 sutka inzibati qaydada həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az