logo
logo logo
logo

Zelenski Türkiyəyə səfər edəcək

19:46 - 30 Oktyabr 2026

Zelenski Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.


Manset az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanəddin Duran “X” hesabında məlumat verib.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfər çərçivəsində İstanbulda görüşlər keçiriləcək.

Görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az