“Yeni Suraxanı–Hövsan dəmir yolu xətti üzrə layihələndirmə işləri yekunlaşıb”.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində Bakıətrafı dəmir yolu xətlərinin bərpası və yenilənməsi istiqamətində işlər davam etdirilir.
B.Hacıyev qeyd edib ki, Yeni Suraxanı–Hövsan xəttinin bərpası layihəsi üzrə artıq layihələndirmə mərhələsinə başlanılıb və işlərin müəyyən hissəsi başa çatdırılıb.
Fidan Vəlisoy