Türkiyənin Nevşehir əyalətinin Kapadokiya bölgəsində Görəmə qəsəbəsində açıq hava muzeyinin girişində qayaların çökməsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə yerinə jandarma, polis, səhiyyə və axtarış-xilasetmə qrupları göndərilib. Ərazidə fövqəladə hallar üzrə qərargah qurulub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.