Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı və ya görüş hələlik planlaşdırılmır.
Manset.az “Qafqazinfo”-ə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Kreml nümayəndəsi əlavə edib ki, ABŞ liderinin elan etdiyi Rusiya, ABŞ və Ukrayna prezidentləri Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli kontaktın təşkili imkanları barədə Moskvada heç bir məlumat yoxdur.
Bu fonda “The Financial Times” nəşri yazır ki, Ukrayna və ABŞ Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə dialoqda Avropanın adından Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrini ən ehtimal olunan danışıqçılar kimi nəzərdən keçirirlər. Lakin Avropa İttifaqı (Aİ) danışıqlara necə təsir göstərəcəyi ilə bağlı hələ də vahid razılığa gələ bilmədiyi üçün prosesdən kənarda qalır.
Məsələni şərh edən Dmitri Peskov bildirib ki, Avropa nümayəndələrinin təmaslarda iştirakı ilə bağlı hələlik heç bir müzakirə aparılmayıb. Bununla belə, Peskov Putinin hər kəslə dialoqa açıq olduğunu vurğulayıb.