logo
logo logo
logo

Koronavirusun yeni variantı bir neçə qitəyə yayıldı

12:45 - 31 Oktyabr 2026

Koronavirusun yeni variantı bir neçə qitəyə yayıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun PJ.2.1 variantının dünyada yayılma riskinin artdığını bildirib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəliyinə istinadən RİA Novosti məlumat yayıb.

Bildirilib ki, ilk dəfə 2026-cı ilin mayında aşkarlanan variant artıq bir neçə qitəyə yayılıb. İnsanların ölkələrarası səfərləri davam etdikcə onun digər ölkələrə keçmə riski də artır.

PJ.2.1 variantının Kanada, ABŞ və Avropada dövr etdiyi qeyd olunur.

Hazırda bu variantın digər son SARS-CoV-2 variantları ilə müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu göstərən dərc edilmiş klinik məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az