logo
logo logo
logo

Konstitusiya məhkəməsinin binası ələ keçirildi - Prezidentindən təcili açıqlama

10:20 - 31 Oktyabr 2026

Konstitusiya məhkəməsinin binası ələ keçirildi - Prezidentindən təcili açıqlama

Bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalı zorla ələ keçirilib.


Manset.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski bildirib.

"Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir", - o, mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Polşanın Konstitusiya Tribunalı - qanunların və digər normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlayan ali konstitusiya nəzarəti orqanıdır. O, həmçinin mərkəzi dövlət orqanlarının səlahiyyətləri barədə mübahisələrə və vətəndaşların konstitusion hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Tribunalın qərarları hamı üçün məcburidir və qətidir. Buna görə də onun tərkibi və rəhbərliyi üzərindəki nəzarət mühüm siyasi əhəmiyyət kəsb edir: məhkəmə parlament və hökumət tərəfindən qəbul edilən qanunları qeyri-konstitusion hesab edə bilər.

Navrotski hüquq qaydasını bərpa etməyə, güc strukturları əməkdaşlarını isə Konstitusiya Tribunalının ərazisini tərk etməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az