Tovuzda ağır qəza baş verib.
Manset.az xəbər verir ki, rayonun Alakol kəndində "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.
Qəzada 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.