logo
logo logo
logo

Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

09:20 - 31 Oktyabr 2026

Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

"Apple" şirkəti texnologiya nəhəngi "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Oktyabrın 30-da "Apple"ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı "Nvidia"nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib.

Qeyd olunur ki, "Apple" sonuncu dəfə iyulun sonunda "Nvidia"nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olmuşdu.

"Apple"ın yenidən liderliyə yüksəlməsi investorların süni intellekt sahəsinə yatırılan investisiyalarla bağlı narahatlıqları ilə əlaqələndirilir. Agentliyin yazdığına görə, investorlar "iPhone" istehsalçısının səhmlərini daha etibarlı investisiya hesab edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az