logo
logo logo
logo

2500 manat maaş, 300 manat yemək pulu - “Sahil Transport” sürücü axtarır

18:52 - 31 Oktyabr 2026

2500 manat maaş, 300 manat yemək pulu - “Sahil Transport” sürücü axtarır

“Sahil Transport” şirkəti ölkədaxili yükdaşımalar sahəsində çalışmaq üçün TIR sürücülərinin işə qəbuluna başlayıb.


Manset.az-ın Editor.az-a istinadən məlumatına görə, şirkətdən bildirilib ki, vakansiya üzrə E kateqoriyalı sürücülük vəsiqəsi olan namizədlər tələb olunur. Namizədlərin TIR idarəetmə təcrübəsinə malik olması, məsuliyyətli və intizamlı davranması əsas şərtlər sırasındadır.

Elana əsasən, sürücülərə aylıq 2500 manat əməkhaqqı təklif olunur. Bundan əlavə, şirkət sürücülərin yemək xərclərinə dəstək məqsədilə 300 manat ödəyəcək.

Vakansiyanın diqqətçəkən məqamlarından biri də yeni sürücü cəlb edən əməkdaşlara nəzərdə tutulan 300 manatlıq bonusdur.

Şirkət həmçinin rəsmi əmək müqaviləsi, maaşların vaxtında ödənilməsi, daimi iş qrafiki, 24/7 sürücü dəstəyi, müasir avtopark və texniki təminat vəd edir.
Vakansiya ilə maraqlanan şəxslər 051 229 82 97 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az