logo
logo logo
logo

DYP-dən moped və velosiped sürücülərinə ÇAĞIRIŞ

14:25 - 31 Oktyabr 2026

DYP-dən moped və velosiped sürücülərinə ÇAĞIRIŞ

Son vaxtlar ikitəkərli nəqliyyat vasitələrindən istifadə geniş yayılıb. Təəssüf ki, sözügedən nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların sayının artması haqlı narahatlıq doğurur.


Manset.az xəbər verir ki, bu barədə BDYPİ müraciət edib.

Bildirilib ki, bir gün ərzində moped və velosiped idarə edən iki gəncin faciəli şəkildə həyatını itirməsi deyilənləri əyani ifadə edir.

“Belə ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməyə təşəbbüs göstərməsi, sonda faciə ilə nəticələnib.

Sabunçu rayonu, Maştağa qəsəbəsində isə gecə saat 23:50 radələrində naməlum avtomobil nəqliyyat axınına əks istiqamətdə velosiped idarə edən Ülfət Hüseynovu vurub.

Hadisə yerindən yayınan “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələri ilə bağlı risklərin aradan qaldırılmasının qadağalardan daha çox yol hərəkəti qaydalarına riayət edilməsi və şəxsi məsuliyyət hissinin artırılması ilə mümkün olduğunu bildirir və bütün tərəfləri təhlükəsiz yol mühitinin formalaşmasına töhfə verməyə çağırır!”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az