Fransada kütləvi etiraz aksiyaları polislə qarşıdurma və iğtişaşlarla yadda qalıb.
Manset.az Le Figaro qəzetinə istinadən xəbər verir ki, ölkənin bir sıra şəhərlərində keçirilən aksiyalar zamanı azı 60 etirazçı xəsarət alıb.
Onlardan dördünün vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları arasında da xəsarət alanlar var.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşların qarşısının alınması zamanı ümumilikdə 159 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.