logo
logo logo
logo

Bakıda şadlıq sarayında qadınlar qidadan zəhərləndi 

13:10 - 01 Noyabr 2026

Bakıda şadlıq sarayında qadınlar qidadan zəhərləndi 

Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə olub.


Manset.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Modern.az-a bildirilib ki, oktyabrın 31-də saat 20:15-dən başlayaraq Nizami rayonu ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (qadın) zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.

Hər birinə zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə "Qızıl qaya" restoranında yığıncaq zamanı baş verib. Onların qidadan zəhərləndikləri ehtimal olunur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az