logo
logo logo
logo

Biznesin gündəmi artıq bir ünvanda — 1business.media fəaliyyətə başladı

22:54 - 31 Oktyabr 2026

Biznesin gündəmi artıq bir ünvanda — 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb.


Manset.az xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşlar üçün nə ifadə etdiyini aydın dillə izah etməkdir.

Saytda Azərbaycan iqtisadiyyatındakı son hadisələr, sahibkarlıq, bank sektoru, investisiya, turizm və maliyyə bazarları ilə bağlı yeniliklər işıqlandırılacaq. Dünya iqtisadiyyatının gündəmi, beynəlxalq şirkətlərin qərarları və qlobal bazarlardakı dəyişikliklər də gündəlik təqdim olunacaq.

1business.media-nın məramı iqtisadi xəbəri sadəcə çatdırmaqla kifayətlənməyərək, onun səbəblərini və mümkün təsirlərini oxucu üçün aydınlaşdırmaqdır. Platforma operativliyi, faktlara əsaslanan məlumatı və maraqlı təqdimatı fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib.

Yeni media layihəsi sahibkarlar, investorlar və iqtisadi gündəmi izləyən hər kəs üçün faydalı informasiya mənbəyi olmağı hədəfləyir.

Oxucular xəbərləri https://1business.media/ saytından izləyə, həmçinin TikTok, Facebook və Instagram-da 1business.media səhifələrinə qoşula bilərlər.

Manset.az xəbər portalı yeni layihəyə uğurlar diləyir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az