Sabirabad rayonunda avtomobilin vurduğu piyada ağır xəsarət alıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanan kənd sakini Yaşar Qubalı oğlu Məmmədovu vurub.
Nəticədə piyada açıq kəllə-beyin travması alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.