logo
logo logo
logo

Bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat

23:55 - 01 Noyabr 2026

Bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat

Göygöl rayonunda bələdiyyə mühasibinin meyitinin aşkarlanması ilə bağlı bəzi təfərrüat məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Sovda Əsəd oğlu Orucov 20 il ərzində Çaykənd bələdiyyəsində mühasib vəzifəsində çalışıb.

O, bu gün işə gedib. Axşam saatlarında bələdiyyə binasının işıqlarının yandığını görən digər əməkdaşlar binaya daxil olublar. Bu zaman onun meyitini aşkarlayıblar.

Meyit tibbi ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, mərhumun meyitinin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. O, ailəli olub və üç övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.


Azərbaycanda bələdiyyə binasında mühasibin meyiti tapılıb.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Göygöl rayonunun Çaykənd bələdiyyəsinin mühasibi, 1963-cü il təvəllüdlü S.Orucovun meyiti iş otağında aşkarlanıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Göygöldə bələdiyyə binasında ölüm hadisəsi baş verib.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Çaykənd bələdiyyəsinin binasında ölüm faktı qeydə alınıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az