logo
logo logo
logo

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı - Saxlanılanlar var 

19:51 - 02 Noyabr 2026

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı - Saxlanılanlar var 

Qazaxıstanın qərbində - Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, cinayətkar qruplaşma üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişdirməyi hədəfləyiblər.

Bildirilib ki, saxlanılan şəxslər ekstremist qrupun yaradılması, rəhbərliyi və fəaliyyətində iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.

Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ləvazimat, ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az