logo
logo logo
logo

İran müharibəni sona çatdırmaq üçün 7 şərtin yerinə yetirilməsini tələb edir

16:38 - 02 Noyabr 2026

İran müharibəni sona çatdırmaq üçün 7 şərtin yerinə yetirilməsini tələb edir

ABŞ və İran arasında gərginlik artmaqda davam etdiyi bir vaxtda Qətərin vasitəçiliyi ilə iki ölkə arasında dolayı danışıqlar aparılır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə son qoyulması istiqamətində diplomatik səylər sürətlənərkən, Tehran rəhbərliyi sülh danışıqlarının başlanması üçün irəli sürdüyü 7 şərtin yerinə yetirilməsində israr edir.

Qətər mətbuatı bu təmaslarda irəliləyiş əldə olunduğunu iddia etsə də, hələlik hadisələrin gedişində konkret nəticə qeydə alınmayıb.

ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana hücum əmri verə biləcəyi iddia olunur.

Beynəlxalq mətbuatda İsrailin Baş naziri Binyamin Netanyahunun da İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsi məsələsində Trampa təzyiq göstərdiyi bildirilir. Tehran isə mümkün yeni hücumlara cavab olaraq müharibənin daha geniş coğrafiyaya yayılacağı barədə xəbərdarlıq edir.

Gərginliyin artdığı bu kritik mərhələdə İran müharibəyə son qoymaq məqsədilə vasitəçilər üzərindən ABŞ-yə çatdırdığı 7 şərtdən geri çəkilmir.

Tehran rəhbərliyi tərəfindən bu şərtlərlə bağlı hələlik tam əhatəli və uzlaşdırılmış açıqlama verilməsə də, irəli sürülən tələblərin ABŞ və İran arasında daha əvvəl imzalanmış 14 maddəlik anlaşma memorandumunun 1-ci, 2-ci, 4-cü, 10-cu və 11-ci maddələrinin əsas müddəaları ilə uyğunluq təşkil etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az