Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahunun təzyiqi səbəbindən bir neçə gün ərzində İrana nüvə zərbəsi endirmək barədə əmr verə biləcəyini iddia edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Karlson ABŞ-də yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabı vasitəsilə məsələ ilə bağlı açıqlama yayıb.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Netanyahunun təzyiqi altında olduğunu bildirən Karlson, bunun nəticəsində Vaşinqton rəhbərliyinin İrana qarşı yaxın günlərdə nüvə hücumuna başlaya biləcəyini irəli sürüb.
Karlson bunları qeyd edib:
"Hədəf İsrail kəşfiyyatının İran hökumətinin nüvə zənginləşdirmə proqramını yenidən bərpa etdiyini iddia etdiyi, İranın mərkəzindəki Kazma dağı olacaq. Amerika silah arsenalındakı heç bir konvensional silah zənginləşdirmə fəaliyyətlərinin həyata keçirildiyi ehtimal edilən tunelləri məhv etmək üçün təxminən 90 metr qalınlığındakı bütöv qraniti deşə bilməz, əldə olan yeganə hərbi variant nüvə hücumudur."
Netanyahunun bu variantın həyata keçirilməsi üçün Trampı "hər gün zəng etdiyini" müdafiə edən Karlson Təl-Əviv rəhbərliyinin küncə sıxışdığını və çarəsiz vəziyyətdə qaldığını vurğulayıb.