logo
logo logo
logo

Fransada məktəblilər yenidən hərəkətə keçdi - Məktəblər yenidən blokadaya alındı

17:30 - 02 Noyabr 2026

Fransada məktəblilər yenidən hərəkətə keçdi - Məktəblər yenidən blokadaya alındı

Fransada hökumətin verdiyi islahat vədlərini qəbul etməyən məktəblilər təhsil müəssisələrini mühasirəyə almaq aksiyalarına yenidən başlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, etirazların ölkənin bir çox nöqtəsinə yayıldığı bildirilir.

Yerli mətbuatda yayılan xəbərlərə görə, paytaxt Paris ilə yanaşı, Marsel, Tuluza, Renn və Lyon şəhərlərində də yüzlərlə şagird aksiya keçirərək məktəb girişlərini bağlayıb. Təkcə Marsel üzrə 75 məktəb etirazlardan zərər çəkib, 7 liseydə isə mühasirə aksiyası davam edir. Tuluzada "Berthelot" və "Arenes" liseylərinin qarşısına toplaşan gənclər zibil qutuları və barrikadalar vasitəsilə məktəbə girişin qarşısını kəsiblər.

Fransanın təhsil naziri Edouard Geffray "France Inter" radiosuna verdiyi açıqlamada paytaxt Parisin də yerləşdiyi İl-de-Frans bölgəsində, Nord vilayətində və Tuluzada bəzi məktəblərdə aksiyalar səbəbindən tədrisin pozulduğunu söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az