logo
logo logo
logo

"Hellouin" partisində 5 nəfər bıçaqlandı

16:48 - 02 Noyabr 2026

\"Hellouin\" partisində 5 nəfər bıçaqlandı

İngiltərədə polis Hellouin şənliyi zamanı bıçaqlanan beş yeniyetmənin ağır yaralandığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şənbə günü saat 22:30-dan bir qədər sonra İstli (Eastleigh) yaxınlığındakı Çandlerz-Ford (Chandler’s Ford) bölgəsinin Park yolunda baş verib. Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.

Yaralanan yeniyetmələrin üçü 16, ikisi isə 17 yaşındadır. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Hempşir polisi bildirib ki, bıçaqlanma hadisələrindən əvvəl kimliyi hələ müəyyənləşdirilməyən bir qrup şəxsin Park yolunda keçirilən şənliyə zorla daxil olduğu ehtimal edilir.

Hadisə ilə bağlı araşdırma davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az