İngiltərədə polis Hellouin şənliyi zamanı bıçaqlanan beş yeniyetmənin ağır yaralandığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şənbə günü saat 22:30-dan bir qədər sonra İstli (Eastleigh) yaxınlığındakı Çandlerz-Ford (Chandler’s Ford) bölgəsinin Park yolunda baş verib. Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.
Yaralanan yeniyetmələrin üçü 16, ikisi isə 17 yaşındadır. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Hempşir polisi bildirib ki, bıçaqlanma hadisələrindən əvvəl kimliyi hələ müəyyənləşdirilməyən bir qrup şəxsin Park yolunda keçirilən şənliyə zorla daxil olduğu ehtimal edilir.
Hadisə ilə bağlı araşdırma davam edir.