logo
logo logo
logo

Yasamalda çörək emalı müəssisəsində antisanitar vəziyyət

15:50 - 02 Noyabr 2026

Yasamalda çörək emalı müəssisəsində antisanitar vəziyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 7-ci sallaqxana küçəsi, 7a ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfər Zabit oğlu Cavadlıya məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.


Manset.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az