logo
logo logo
logo

 "Sabah"ı Norveçdə 200-dək azarkeş dəstəkləyəcək

11:25 - 02 Noyabr 2026

 \"Sabah\"ı Norveçdə 200-dək azarkeş dəstəkləyəcək

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:

"Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününüdək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az