logo
logo logo
logo

70 ilin ən sərt qışı gəlir

14:13 - 02 Noyabr 2026

70 ilin ən sərt qışı gəlir

Super El Niño və qütb burulğanının eyni qış mövsümündə təsir göstərməsi atmosfer proseslərində ciddi dəyişikliklərə səbəb ola bilər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2026-2027-ci illərin qışı ilə bağlı uzunmüddətli proqnozlarda Avropanın cənub-şərqi və Türkiyə ön plana çıxır. Dekabrın sonlarında güclənəcəyi gözlənilən El Niño hadisəsi ilə əlaqədar bölgədə soyuq hava dalğalarının və yağıntılı hava sistemlərinin təsirinin arta biləcəyi bildirilir.

Super El Niño hadisəsinin təsiri altında keçəcəyi ehtimal olunan 2026-2027-ci illərin qış mövsümündə son 70 ilin ən güclü atmosfer dəyişikliklərindən birinin baş verə biləcəyi proqnozlaşdırılır.

“Severe Weather Europe” nəşrinin təhlillərinə görə, Sakit okeanda dəniz suyunun temperaturunun sürətlə yüksəlməsi nəticəsində güclənən bu təbiət hadisəsinin dekabrın sonlarında ən yüksək həddə çatacağı gözlənilir.

Qlobal külək axınlarına və atmosfer təzyiqi tarazlığına təsir göstərən bu proses stratosferdəki qütb burulğanında baş verən pozulmalarla da müşayiət olunur.

Atmosferin yuxarı qatlarında yaranan bu dəyişikliklərin bir neçə həftəlik gecikmə ilə yer səthində də özünü göstərəcəyi və geniş ərazilərdə güclü soyuq hava dalğalarına səbəb ola biləcəyi ehtimal edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az