Sabah Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Səbail rayonunda TM-də təmir işləri icra olunarkən Badamdar qəsəbəsi 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Binəqədidə 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq "Aşağı Sulutəpə" və "Xocəsən" hava xətlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri zamanı 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 10:00-dan 17:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Xəzər rayonunda 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev, Məmməd Namazov küçələrinin bir sıra yerlərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
***
Sabah Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq.
Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Ağdaşda 10 kV-luq bir sıra hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad, Pirəyir kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin 10 kV-luq "Nemətabad" hava xəttində təmir işləri icra olunarkən planlı fasilə eyni saatlarda Xaldan, Qaraoğlan, Qəribli, Quşcu kəndlərini də əhatə edəcək.
Qeyd olunub ki, Mingəçevirdə 110/35/6 kV-luq "Karxana" yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində təmir işləri yerinə yetiriləcək. Həmçinin elektrik xəttinə toxunan ağaclar budanacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.