İspaniya La Liqa 2-də " Tenerife" ilə "Andorra" arasında keçirilən qarşılaşmanın əlavə olunmuş dəqiqələrində "Tenerife"nin hücumçusu Xesus De Migel (Jesus De Miguel) ilə "Andorra"nın qapıçısı Xesus Ovono (Jesus Owono) toqquşublar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, toqquşmadan sonra xəstəxanaya yerləşdirilən Xesus De Migel edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
İspaniya La Liqa 2-nin 12-ci həftəsində "Tenerife" və "FC Andorra" arasında oynanan matçda qorxunc anlar yaşanıb.
Görüşün son dəqiqələrində "Tenerife"nin qolkiperi (hücumçusu) Xesus De Migel ilə "Andorra"nın qapıçısı Xesus Ovono çarpışıblar.
Şiddətli toqquşmadan sonra Xesus De Migel huşunu itirib və meydanda ürək tutması keçirib.
Meydanca (meydanda) edilən tibbi müdaxilədən sonra Migelin ürəyi yenidən işə salınıb və oyunçu dərhal xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.