logo
logo logo
logo

28 ilə 29 ölkəni piyada gəzdi - Vətənində qəhrəman kimi qarşılandı

13:12 - 03 Noyabr 2026

28 ilə 29 ölkəni piyada gəzdi - Vətənində qəhrəman kimi qarşılandı

29 yaşında ikən Çilidən yola çıxan ingilis səyyah Karl Buşbi (Karl Bushby) düz 28 il ərzində piyada gəzərək 29 ölkəni və dörd qitəni qət edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 57 min kilometrdən çox çətin səyahətində donmuş dənizləri, səhraları və dağları keçən, ölüm təhlükələrini arxada qoyan Buşbi 57 yaşında doğma şəhəri Hall (Hull) şəhərinə çatıb. Qəhrəman kimi qarşılanan səyyah illər sonra anasına, oğluna və ilk dəfə gördüyü nəvəsinə qovuşub.

Çilinin ən cənubundakı Punta Arenas şəhərindən 1998-ci ildə piyada getməyə başlayan 57 yaşlı Karl Buşbi fasiləsiz dünya turunu tamamlayaraq İngiltərədəki doğma şəhəri Hall şəhərinə çatıb.

28 il davam edən və 57 936 kilometri aşan səyahətdən sonra vətəninə qayıdan Buşbi Kraliça Viktoriya Meydanında coşqulu kütlə tərəfindən qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az