logo
logo logo
logo

Canlı yayımda söyüş söyən “Raufizm" yenidən həbs edildi 

15:14 - 03 Noyabr 2026

Canlı yayımda söyüş söyən “Raufizm\" yenidən həbs edildi 

“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.


Manset.az xəbər verir ki, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Rauf Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibati qaydada həbs olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az