logo
logo logo
logo

Peskovdan Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü ilə bağlı AÇIQLAMA

17:05 - 03 Noyabr 2026

Peskovdan Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü ilə bağlı AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü ilə bağlı açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə qoşulmasının məntiqli olacağını bildirərək məsələnin Qazaxıstanla keçiriləcək təmaslarda müzakirə oluna biləcəyini söyləyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın da təşkilata qoşulması istiqamətində addımlar atılmalı olduğu barədə açıqlamasını dəyərləndirən Peskov Rusiyanın TDT-nin işində yer almasının məntiqli olacağını ifadə edib.

Rusiyada türk əsilli xalqların yaşadığı çoxlu sayda bölgənin olduğuna diqqət çəkən Peskov: "Rusiyanın Türk Dövlətləri Təşkilatının işində iştirak etməsi məntiqli olacaq. Burada Rusiyanın müəyyən regionlarının deyil, birbaşa Rusiyanın iştirakından söhbət gedir", – deyə vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az