logo
logo logo
logo

Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirildi - FOTOLAR/VİDEO

17:19 - 03 Noyabr 2026

Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirildi - FOTOLAR/VİDEO

Antiterror tədbirləri zamanı şəhid olmuş polis və Daxili Qoşunların hərbi qulluqçularının əziz xatirəsinə həsr edilən cüdo üzrə Daxili İşlər Nazirliyinin açıq çempionatı keçirilib.


Manset.az xəbər vefrir ki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının birgə təşkilatçılığı ilə keçirilən çempionatda polis əməkdaşları ilə yanaşı, digər dövlət qurumlarının təmsilçiləri də mübarizə aparıblar. Yarışı şəhid ailələrinin üzvləri, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, eləcə də Azərbaycan Cüdo Federasiyasının nümayəndələri izləyiblər.

Çempionatın açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, onların ailələrinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. Daha sonra çempionatın yarışlarına start verilib. İdmançılar müxtəlif çəki dərəcələri üzrə güclərini sınayıb, qalib adı uğrunda mübarizə aparıblar. Yekunda fərqlənən idmançılar medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Komanda hesabında birinci yeri tutan DİN-in cüdo komandası isə çempionatın xüsusi kubokuna layiq görülüb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az