logo
logo logo
logo

Polşanın iki hava limanında bomba həyəcanı

16:46 - 03 Noyabr 2026

Polşanın iki hava limanında bomba həyəcanı

Polşanın paytaxtı Varşovadakı Modlin və Şopen hava limanlarında iki ayrı təyyarədə bomba həyəcanının verilməsi səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Varşova Modlin Hava Limanının sosial media hesabından verilən açıqlamaya görə, London Hitrou Hava Limanından Varşova Şopen Hava Limanına uçuş həyata keçirən Polşanın milli aviaşirkəti LOT-a məxsus "Boeing 737 MAX" tipli təyyarədə bomba olduğuna dair yerli vaxtla saat 09:54-də xəbərdarlıq daxil olub.

Ümumi 181 sərnişinin olduğu hava gəmisi saat 10:01-də Varşova Modlin Hava Limanına təcili eniş edib.

Enişdən sonra xüsusi ayrılmış əraziyə yönləndirilən təyyarədən sərnişinlər və ekipaj üzvləri təxliyə edilib, səlahiyyətli qurumlar isə təyyarədə yoxlamalara başlayıblar.

Daxil olan siqnal səbəbindən müvəqqəti olaraq uçuşlara bağlanan Varşova Modlin Hava Limanında əməliyyatlar daha sonra yenidən bərpa olunub.

Digər tərəfdən, Polşa mətbuatında yayılan məlumatlara görə, Varşova Şopen Hava Limanında da Danimarkanın paytaxtı Kopenhagandan Varşovaya uçan Skandinaviya Hava Yollarına (SAS) məxsus təyyarədə bomba həyəcanı elan edilib.

Aeroporta eniş edən təyyarənin sərnişinləri təxliyə olunarkən təhlükəsizlik qüvvələri tərəfindən araşdırmalara başlanılıb. Aparılan işlər səbəbindən hava limanının uçuş-eniş zolaqlarından biri müvəqqəti olaraq istifadəyə bağlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az