Bakıda 12 yaşlı qız itkin düşüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, noyabrın 2-si 12 yaşlı qız yaşadığı evdən çıxdıqdan bir müddət sonra gözdən itib.
Ailəsi qızdan xəbər ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, şəxs axtarışa elan olunub.
İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür.