logo
logo logo
logo

Gəlin qayınanasını döyüb üzünü cırdı - Astarada dava

10:25 - 04 Noyabr 2026

Gəlin qayınanasını döyüb üzünü cırdı - Astarada dava

Astara rayonunda gəlin qayınanasını döyüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumruq zərbələri ilə döyüb. O, daha sonra dırnaqları ilə qayınanasının üzünü cırıb.

Qayınananın şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər və gəlin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az