Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb.
Manset.az xəbər verir ki, yeni konseptin üstünlüyü filialda bir çox xidmətin tamamilə rəqəmsallaşmasıdır. Həmçinin, filialda fəaliyyət göstərən Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr kimi bir çox onlayn xidməti rahatlıqla icra edə bilərlər. Eləcə də ölkənin bankçılıq tarixində ilk dəfə olaraq burada müştərilər QR kod vasitəsilə onlayn növbə götürə biləcəklər.
Açılış mərasimində çıxış edən Bir ekosisteminin
rəhbəri, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni formatda ilk
filialın Gəncədə fəaliyyət göstərməsinin
təsadüfi olmadığını bildirib. "Ölkənin ən geniş xidmət şəbəkəsinə malik
bankı olaraq, hər zaman çalışırıq ki, müasir rəqəmsal həlləri insanlarımız üçün
daha da sadələşdirək. Paytaxtda yaratdığımız innovativ mühit və rəqəmsal
imkanlar ölkəmizin bütün regionlarında hər kəs üçün eyni səviyyədə əlçatan
olsun.
Rəqəmsallığın sürətini insan ünsiyyətinin istiliyi ilə bir araya gətirdiyimiz
bu yeni ofisimizdə istəyirik ki, müştərilərimiz texnologiyadan rahat istifadə
edərkən əməkdaşlarımızın səmimi qayğısını və fərdi yanaşmasını hər an hiss
etsinlər”.
Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri və müştərilər iştirak ediblər.
Yeni
konsepsiya əsasında təqdim edilən Gəncə filialı həftə içi hər gün saat 9:00-dan
18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə
xidmət göstərəcək. Filialda müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif
növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta
mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif
olunur. Qeyd edək ki, Kapital Bank 120
filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən böyük
xidmət şəbəkəsinə malik bankıdır.