logo
logo logo
logo

Efiopiyada silahlı toqquşmalar - Üsyançı lider öldürüldü

15:23 - 04 Noyabr 2026

Efiopiyada silahlı toqquşmalar - Üsyançı lider öldürüldü

Efiopiyada federal ordu ilə birgə fəaliyyət göstərən Tiqray Sülh Qüvvələri (TPF) Tiqray bölgəsində baş verən silahlı toqquşmalar zamanı üsyançı liderlərdən birini öldürüb, ikisini isə ələ keçirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ordu və TPF qüvvələri ilə döyüşən Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) liderlərindən Semere Teklu Tiqrayın şərqində yerləşən Bizet bölgəsində baş verən toqquşmalar zamanı öldürülüb.

Döyüşlər zamanı TPLF liderlərindən Hailesilassie Asefa, təşkilatın logistika üzrə məsul şəxsi olduğu bildirilən Kahsay Teklu və bir neçə silahlı şəxs saxlanılıb.

Digər tərəfdən, özəl yayım qurumu olan “Wazema” radiosu hökumət qüvvələrinin qonşu Amhara bölgəsində yerləşən Vuçale şəhərini Fano silahlı qruplaşmasının nəzarətindən geri aldığını xəbər verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az