İordaniya kraliçası Raniya illərdir dəyişməyən görünüşü ilə diqqət mərkəzindədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İordaniya kralı II Abdullahın həyat yoldaşı olan 56 yaşlı Raniya dörd övladı, bir gəlini, bir kürəkəni və üç nəvəsi olmasına baxmayaraq, gənclik illərini xatırladan xarici görünüşü ilə diqqət çəkir.
Kraliça geyim tərzi ilə də daim gündəmdədir. Bir sözlə, Raniya dünya miqyasında tanınan nüfuzlu simalardan biridir.
O, təkcə öz ölkəsində deyil, dünyanın hansı ölkəsinə səfər edirsə-etsin kameraların diqqət mərkəzində olur.
Lakin bu dəfə kraliça İspaniyaya gizli səfər edib. Raniya səfərini ictimaiyyətdən gizli saxlamağa çalışsa da, Madrid paparassilərinin diqqətindən yayınmayıb.
Kraliça Raniya uzun illərdir əziyyət çəkdiyi bel ağrılarından müalicə almaq üçün İspaniyaya yollanıb.
O, Madrid şəhərində yerləşən “Ruber Internacional” xəstəxanasında həkimlərə müraciət edərək müalicə alıb.