logo
logo logo
logo

"Müavinət artımları ilə bağlı yayılan məbləğlər yekun deyil" - Nazirlik 

17:26 - 04 Noyabr 2026

\"Müavinət artımları ilə bağlı yayılan məbləğlər yekun deyil\" - Nazirlik 

Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır. Hazırda bununla bağlı hazırlıq işləri görülür. Bu gün bəzi media resurslarında və sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər də yekun xarakter daşımır".

Nazirlikdən bildiriblər ki, sosial ödənişlərdə artımların hansı istiqamətləri əhatə edəcəyi və dəqiq artım məbləğləri imzalanacaq müvafiq qanunvericilik aktları ilə müəyyən ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az