logo
logo logo
logo

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - FOTOLAR

22:16 - 04 Noyabr 2026

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - FOTOLAR

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett “Millennium Symphony - Crossover Programme” simfonik şousu ilə çıxış edib.


Manset.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər.

Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə təqdim edib.

Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla çalışır.

Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri” nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az