"Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb" - BMT

11:22 - 20 Mart 2022

\"Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb\" - BMT

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 847 dinc sakin ölüb, 1 399-ü isə yaralanıb.

Manset.az xəbər verir ki, məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi yayıb.

Bildirilib ki, real rəqəmlər bundan çox ola bilər. 3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb.

Qeyd edək ki, yerli hakimiyyət təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az