Ukraynada qaçqın və köçkün olan insanların sayı açıqlandı

19:35 - 20 Mart 2022

Ukraynada qaçqın və köçkün olan insanların sayı açıqlandı

Ukraynada ən azı 10 milyon insan evini tərk edib, ölkəni tərk edərək qaçqına, yaxud ölkə daxilində köçkünə çevrilib.

 

Manset.az xəbər verir ki, bu barədə bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “Tvitter”-də paylaşım edib.

Qeyd edilib ki, martın 19-dək Ukraynanı 3 389 044 insan tərk edib. Onlardan 2 050 392 nəfəri Polşaya, 527 247 nəfəri Rumıniyaya, 362 514 nəfəri Moldovaya, 305 518 nəfəri Macarıstana üz tutub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az