Şübhəsiz ki, Türkiyə NATO, müttəfiqləri, dostları və tərəfdaşları qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdə davam edir.
Manset.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Bu bölgəmizdə və dünyada sülh, təhlükəsizlik, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinə töhfə verir. Bunda şübhəyə yer yoxdur. Türkiyə Balkanlardan Yaxın Şərqə, Əfqanıstan və Qafqazdan Afrikaya və onun hüdudlarından kənarda NATO-nun fəal və konstruktiv üzvü olmağa davam edəcək", - Akar bildirib.