iPhone 17 Azərbaycanda neçəyə satılacaq? - AÇIQLANDI

16:15 - 11 Sentyabr 2025

iPhone 17 Azərbaycanda neçəyə satılacaq? - AÇIQLANDI

Bu ay Azərbaycanda iPhone 17-nin satışına başlanılacaq.

 

Artıq bəzi böyük elektronika mağazaları iPhone-nun yeni modelinin satışa çıxacağı günün tarixini də açıqlayıb.

Ötən gün sosial şəbəkələrdə Azərbaycanda “iPhone 17 Pro max” modelinin qiymətinin təxminən 6500 AZN-ə təklif olunacağı haqqında məlumat yayılıb.

Yayılan məlumatın doğruluğunu dəqiqləşdirmək məqsədilə ölkədə fəaliyyət göstərən böyük elektronika mağazaları ilə əlaqə saxladıq. Lakin mağazalardan verilən məlumatda hələ ki yeni modelin Azərbaycan bazarında qiymətinin nə qədər olacağının məlum olmadığını bildirdilər.

Nəyə görə iPhone modellərinin qiyməti bu qədər yüksəkdir? Sözügedən mobil telefona həmin məbləği verməyə dəyərmi?

Mövzu ilə bağlı Manset.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bu sualları cavablandırıb.



“Mobil telefon bazarında yeni texnologiyalar, ümumiyyətlə, “Huawei”, “Apple”, “Samsung” və s. hər biri öz ekosistemlərini yaradıblar. Bir brendin daxilində onlarla məhsul var. Məsələn, “ağıllı” saat, “ağıllı” üzük, telefon, planşet, kompüter və s. məhsullar bura daxildir. Bütün bu cihazlar bir-birlərinə rahat keçid və bir çox funksionallığı birlikdə hormoniya təşkil edirlər. Apple isə bunların arasında ən reputativ brend olaraq görülür. Digər markalar Apple-dan daha funksional, daha keyfiyyətli olduğu halda insanlar “Apple”-ı daha yüksək seqment hesab edirlər. “Apple” məhsullarından istifadə edən insanlar özlərini üst seqmentin nümayəndəsi kimi hiss edirlər. Bunun üçün də xüsusilə “Apple”-ın mobil telefonları bazarın ən çox müraciət olunan məhsullarıdır. Yəni burada daha çox psixoloji nüans özünü büruzə verir”.

Mütəxəssis qeyd edib ki, hazırda bazarda bir çox markaların “premium” versiyalarının sözügedən markanın mobil telefon modelləri ilə müqayisədə daha çox funksiyaları əlçatandır.

“ “Apple”-ın məhsulları yaxşı olsa da, digər rəqib brendlərin bəzi məhsullarından funksional olaraq daha aşağı və daha konservativdir. Bu marka bir çox funksiyalarda limit qoyur. Siz bir telefonu onun verdiyi limitlərlə istifadə edirsiniz. Eləcə də, telefon sağlam olsa belə hər dəfə yeni modellər çıxdıqda hazırda istifadədə olan modellərdə müəyyən geriləmələr, keyfiyyət düşüşü baş verir. Bu daha çox modellərin kameralarında baş verir. Eləcə də, proqram təminatları da ödənişlidir. Hansıki digər brendlərdə bu belə deyil, daha çox ödənişsiz funksiyaların istifadəsi mümkündür”. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az