ABŞ və Filippin əsgərlərinin iştirakı ilə “Balikatan” (Çiyin-çiyinə) təlimi başlayıb.
Manset.az xəbər verir ki, Filippinin Luzon adasında keçirilən təlimdə ABŞ-dan 5 min 100, Filippindən isə 3 min 800 hərbçinin iştirak etdiyi bildirilib.
ABŞ hərbi rəsmisi Cey Bargeron verdiyi açıqlamada "Filippinlə ittifaqımız Hind-Sakit okean regionunda mühüm güc və sabitlik mənbəyi olaraq qalır" deyib.
Filippin ordusunun sözçüsü polkovnik Ramon Zaqala da təlimin qarşılıqlı müdafiə məqsədi ilə keçirildiyini və heç vaxt hücum məqsədi daşımadığını bildirib.
Dəniz təhlükəsizliyi, amfibiya əməliyyatları, canlı atəş, yaşayış massivində hərbi əməliyyatlar, aviasiya, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi məsələlərin müzakirə olunacağı təlimin iki ölkə arasında müttəfiqliyi gücləndirdiyi qeyd edilib.
Son illərin ən böyük hərbi təlimlərindən biri olan Balikatan təliminin aprelin 8-dək davam edəcəyi planlaşdırılıb.
Balikatan təlimi ilk dəfə 1951-ci ildə Filippin və ABŞ arasında imzalanan Qarşılıqlı Müdafiə Sazişi çərçivəsində keçirilib.