“Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünün məqsədi yalnızca fikir mübadiləsindən ibarət olarsa, bu görüş qeyri-məhsuldar olacaq”.
Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya mediasına müsahibəsində deyib.
“Vladimir Putin bu görüşlərin yaxşı hazırlanmasını prinsipial olaraq vacib hesab edir”, - deyə Lavrov söyləyib.