Bir çox rus pilotun uçuşlar edə bilmədiyi üçün ölkəni tərk etməyə hazırlaşdığı iddia edilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar Rusiyanın mülki aviasiya sənayesinə ciddi təsir edib.
Beynəlxalq uçuşlarda hava məkanlarının Rusiya üçün bağlanması və Rusiya təyyarələrinin lisenziyalarının ləğvi ilə bir çox rus pilotun ölkəni tərk etməyə hazırlaşdığı iddia edilib.
Əksər ölkələr öz hava məkanını Rusiyaya bağladıqdan sonra Rusiya mülki donanmalarda uçan icarəyə götürdüyü təyyarələri qeydiyyata alıb.
Uçuşları Rusiya istehsalı olan təyyarələrlə etmək qərarı verilib.